Azərbaycanlı cazmen Fransada Kolmar Caz Festivalının açılışında çıxış edəcək

Azərbaycanlı cazmen Fransada Kolmar Caz Festivalının açılışında çıxış edəcək Konsert Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə təşkil olunacaq
İncəsənət
17 İyun , 2015 13:26
Azərbaycanlı cazmen Fransada Kolmar Caz Festivalının açılışında çıxış edəcək

Bakı. 17 iyun. REPORT.AZ/ Sentyabrın 7-də cazmen Emil Əfrasiyabın kvarteti Fransada Kolmar Caz Festivalının açılış konsertində çıxış edəcək. 

"Report" xəbər verir ki, konsert Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil olunacaq. TEAS-dan bildirilib ki, konsert yerli televiziya kanalı ilə (www.tv7.fr). nümayiş etdiriləcək.

Emil Əfrasiyab 1982-ci ildə Bakıda anadan olub. Onun əsərlərində Azərbaycan muğamı ilə cazın sintezi üstünlük təşkil edir. Bu əsərlərdə intonasiyadakı təzadlar, klassik musiqidə rast gəlinən harmoniya və ritmlər özünü göstərir.

Son xəbərlər

Orphus sistemi