Yuxarı
    Bağlamaq

    Azərbaycanlı bəstəkar vəfat edib

    Mərhum bəstəkar aprelin 7-də dəfn ediləcək

    Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Nəriman Məmmədov vəfat edib.

    "Report" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Bəstəkarlar İttifaqı yayıb.

    Uzun müddətdir xəstə olan Nəriman Məmmədov bu səhər dünyasını dəyişib.

    Qeyd edək ki, mərhum bəstəkarla vida mərasimi aprelin 7-də saat 12.00-15.00-dək Bakı Musiqi Akademiyasında olacaq.

    Xatırladaq ki, Nəriman Məmmədov 1927-ci il dekabrın 28-də Naxçıvan şəhərində doğulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi