Azərbaycanlı balerina Tbilisidə Beynəlxalq Balet Festivalında çıxış edəcək

Azərbaycanlı balerina Tbilisidə Beynəlxalq Balet Festivalında çıxış edəcək Birinci Tbilisi Beynəlxalq Balet Festivalı iyunun 21-dən iyulun 2-dək keçiriləcək
İncəsənət
1 İyun , 2017 14:10
Azərbaycanlı balerina Tbilisidə Beynəlxalq Balet Festivalında çıxış edəcək

Bakı. 1 iyun. REPORT.AZ/ Birinci Tbilisi Beynəlxalq Balet Festivalı iyunun 21-dən iyulun 2-dək keçiriləcək. 

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, Zaxariya Paliaşvili adına Gürcüstan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Gürcüstan, Hollandiya, Polşa, Rusiya, ABŞ və Almaniyadan olan balet artistləri çıxış edəcəklər.

Festival iyunun 21-də Aleksandr Kreynin "Laurensiya" baletinin premyerası ilə açılacaq. İyunun 30-da festivalda bəstəkar Lüdviq Minkusun "Don Kixot" baleti təqdim olunacaq. Baletdə Moskva Böyük Teatrının solistləri - Yekaterina Krısanova və Vladislav Lantratov çıxış edəcək.

Tamaşaçılar iyulun 1-də Pyotr Çaykovskinin "Qu gölü" baletini izləyəcəklər. Səhnə quruluşunda Polşa Milli Baletinin aparıcı solistləri - Azərbaycanın əməkdar artisti Çinarə Əlizadə (Odette-İdiliya) və Vladimir Yaroşenko (şahzadə Ziqfrid) rəqs edəcəklər.

Festival iyulun 2 balet qala-konserti ilə başa çatacaq. Gecədə Azərbaycanın əməkdar artisti, Böyük Teatrın solisti, balerina Çinarə Əlizadə, Vladimir Yaroşenko (Polşa Milli Baleti), Aleksandr Volçkov (Böyük Teatr, Rusiya), Kariro Kabrera və Mixail Kaniskin (Berlin Dövlət Baleti, Almaniya), eləcə də Viktoriya Caiani və Temur Suluaşvili (Coffri Balet, Çikaqo, ABŞ) çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi