Azərbaycanla Türkiyə müştərək filmlər çəkəcək

Azərbaycanla Türkiyə müştərək filmlər çəkəcək "Ötən il Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası 52 beynəlxalq kino festivalında iştirak edib"
İncəsənət
19 Fevral , 2015 12:18
Azərbaycanla Türkiyə müştərək filmlər çəkəcək

Bakı. 19 fevral. REPORT.AZ/ "Ötən il Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası 52 beynəlxalq kino festivalında iştirak edib. Bu Azərbaycan kinosunun uğurudur".

Bunu "Report"a açıqlamasında C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.

"Mozalan" studiyasının elan etdiyi ssenari müsabiqəsində 6 ssenarinin qalib olduğunu deyən Müşfiq Hətəmov yaxın günlərdə bu ssenarilər əsasında filmlərin çəkiləcəyini bildirib.

"Azərbaycanfilm" Kinostudiyasının direktoru bu il Türkiyə ilə müştərək bir neçə layihənin ekranlaşdırılacağını da deyib.

Son xəbərlər

Orphus sistemi