Azərbaycanın zərgərlik məmulatları Rusiya antikvar salonunda nümayiş etdirilib

Azərbaycanın zərgərlik məmulatları Rusiya antikvar salonunda nümayiş etdirilib Moskvada "Şərqin min bir nağılı" adlı xüsusi sərgi açılıb
İncəsənət
27 Mart , 2017 16:36
Azərbaycanın zərgərlik məmulatları Rusiya antikvar salonunda nümayiş etdirilib

Bakı. 27 mart. REPORT.AZ/ Moskvanın Mərkəzi Rəssamlar Evində təşkil edilən 42-ci Rusiya antikvar salonunda "Şərqin min bir nağılı" adlı xüsusi ekspozisiya təqdim edilib.

"Report" Rusiya antikvar salonunun rəsmi saytına istinadən xəbər verir ki, sərgidə Azərbaycan, Özbəkistan, Türkmənistan, Əfqanıstan, İran və Ərəbistan yarımadası ölkələri, Türkiyə, Bolqarıstan və Makedoniyanın zərgərlik məhsulları nümayiş olunur.

Bu xüsusi layihə çərçivəsində ziyarətçilər XIX əsr - XX əsrin ilk qərinəsi dövründə müsəlman ölkələrinin ənənəvi zərgərlik sənəti və milli geyimləri ilə tanış olacaqlar. 

Rusiya antikvar salonunda xüsusi ekspozisiya aprelin 2-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi