Azərbaycanda xalq artistinin yaxın qohumu faciəli şəkildə ölüb

Azərbaycanda xalq artistinin yaxın qohumu faciəli şəkildə ölüb O, köməksiz vəziyyətdə dünyasını dəyişib
İncəsənət
4 Sentyabr , 2015 15:14
Azərbaycanda xalq artistinin yaxın qohumu faciəli şəkildə ölüb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti, bədii qiraət ustası Əminə Yusifqızının yaxın qohumu faciəli şəkildə ölüb.

Bu barədə "Report"a Ə.Yusifqızı özü məlumat verib.

Belə ki, xalq artistinin xalası qızı Məsumə Bamşad yaşadığı evdə köməksiz vəziyyətdə dünyasını dəyişib.

Evində tək yaşayan 1946-cı il təvəllüdlü M.Bamşadın meyiti bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb edilmiş FHN-in xilasediciləri mənzilin giriş qapısını açıb və onun cəsədini qohumlarına təhvil veriblər.

Ə.Yusifqızı xalası qızının bu gün dəfn edildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi