Azərbaycanın xalq artisti xaricdə konsert verəcək

Azərbaycanın xalq artisti xaricdə konsert verəcək O, 2014-cü ildə 8 yaşlı nəvəsinin konsert verdiyini də ilk dəfə açıqlayıb
İncəsənət
2 Yanvar , 2015 12:48
Azərbaycanın xalq artisti xaricdə konsert verəcək

Bakı. 2 yanvar. REPORT.AZ/ Azərbaycanın xalq artisti, ustad tarzən Ramiz Quliyev xaricə konsert verməyə gedəcək.

Bu barədə "Report"a açıqlamasında R.Quliyev özü məlumat verib.

Səfər yanvarın 10-dan sonra baş tutacaq. Lakin O. hansı ölkədə konsert verəcəyini açıqlamayıb.

Xalq artisti 2015-ci ilin martından "Muğam aləmi" adlı Beynəlxalq Muğam Festivalının keçiriləcəyini də bildirib. Həmçinin, mart ayında növbəti televiziya muğam festivalı başlanacaq.

R.Quliyev 2014-cü ildə 8 yaşlı nəvəsinin konsert verdiyini də ilk dəfə açıqlayıb.

Son xəbərlər

Orphus sistemi