Azərbaycanın xalq artisti Rusiyanın nüfuzlu mükafatına layiq görülüb

Azərbaycanın xalq artisti Rusiyanın nüfuzlu mükafatına layiq görülüb Mükafat görkəmli rus aktyoru Andrey Mironovun adını daşıyır və hər il onun doğum günündə təqdim edilir
İncəsənət
9 Mart , 2016 21:30
Azərbaycanın xalq artisti Rusiyanın nüfuzlu mükafatına layiq görülüb

Bakı. 9 mart. REPORT.AZ/ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası, xalq artisti Lyudmila Duxovnaya Rusiyanın nüfuzlu "Fiqaro" mükafatına layiq görülüb.

"Report" xəbər verir ki, Rusiyanın Milli Aktyor Mükafatı - "Fiqaro" görkəmli rus aktyoru Andrey Mironovun adını daşıyır və hər il mərhum aktyorun doğum günündə tanınmış aktyorlara təqdim edilir.

Mükafatın builki qalibləri sırasında Azərbaycanın xalq artistinin adının olması xoş hadisədir.

Xatırladaq ki, mükafatın əsasını 2010-cu il iyunun 1-də Sankt-Peterburqda Sankt-Peterburq Teatrı qoyub. Mükafat Andrey Mironovun xatirəsinə həsr edilib və A.Mironovun ən yaxşı obrazlarından sayılan Fiqaronun şərəfinə "Fiqaro" adlandırılıb.

Mükafatın yaradılmasının ideya müəllifi Rusiyanın xalq artisti Rudolf Furman olub. Rudolf Furman Andrey Mironovun 70, anası Mariya Mironovanın 100 illik yubileyində bu mükafatı təsis edib.

Mükafatın özəlliyi ondan ibarətdir ki, "Fiqaro" mükafatı hər bir aktyora şəxsən təqdim edilir. Farfordan hazırlanan fiqurda Andrey Mironov təsvir edilib.

Nüfuzlu mükafatın laureatları sırasında Aleksandr Şirvindt, Oleq Basilaşvili, Oleq Tabakov, Yuri Solomin, İnna Çurikova, Svetlana Kruçkova, Mariya Mironova, Yevgeniy Mironov, Vasiliy Lanovoy, İqor Kvaşa, Serqey Bezrukov və başqalarının adları var.

Mükafat keçmiş SSRİ məkanına daxil olan respublikaların teatrlarında çalışan ən tanınmış, nüfuzlu aktyor və aktrisalara da təqdim edilir. 

Son xəbərlər

Orphus sistemi