Yuxarı
    Bağlamaq

    Azərbaycanın xalq artisti Lyudmila Duxovnaya Gürcüstanda ustad dərsi keçib

    Gürcüstan Akademik Rus Dram Teatrının rəhbərliyi aktrisaya təşəkkür məktubu ünvanlayıb

    Bakı. 2 iyul. REPORT.AZ/ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası, xalq artisti Lyudmila Duxovnaya Gürcüstanda ustad dərsləri keçib.

    "Report" xəbər verir ki, A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrı və "Rus klubu" beynəlxalq mədəni-maarif ittifaqı Azərbaycanın xalq artistinə təşəkkür məktubu göndərib.

    Məktubda Lyudmila Duxovnayanın Şota Rustaveli adına Gürcüstan Dövlət Teatr və Kino Universitetinin tələbələri ilə apardığı ustad dərslərindən və aparılan dərslər zamanı gürcü tələbələrin sənətlə bağlı topladıqları məlumatlardan söz açılır.

    "Sizin dərsləriniz sayəsində aktyorlarımız peşəkar aktrisadan sənətin sirlərini öyrənib. Sizinlə ünsiyyət onlara bilik, qürur və təcrübə qazandırıb", - deyə məktubda qeyd olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi