Yuxarı

Azərbaycanın xalq artisti İlham Əsgərov vəfat edib

Aktyor infarkt vurması nəticəsində dünyasını dəyişib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti İlham Əsgərov qəflətən vəfat edib.

"Report"un məlumatına görə, 57 yaşlı aktyor infarkt vurması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, bir neçə il öncə İ.Əsgərovun beyninə qan sızmışdı.

İlham Təvəkkül oğlu Əsgərov 3 sentyabr 1958-ci ildə anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor Akademik Teatrın ən populyar tamaşalarında iştirak edib.

İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 15 may 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi