Azərbaycanın xalq artisti İlham Əsgərov vəfat edib

Azərbaycanın xalq artisti İlham Əsgərov vəfat edib Aktyor infarkt vurması nəticəsində dünyasını dəyişib
İncəsənət
6 Sentyabr , 2015 23:46
Azərbaycanın xalq artisti İlham Əsgərov vəfat edib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti İlham Əsgərov qəflətən vəfat edib.

"Report"un məlumatına görə, 57 yaşlı aktyor infarkt vurması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, bir neçə il öncə İ.Əsgərovun beyninə qan sızmışdı.

İlham Təvəkkül oğlu Əsgərov 3 sentyabr 1958-ci ildə anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor Akademik Teatrın ən populyar tamaşalarında iştirak edib.

İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 15 may 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi