Azərbaycanın xalq artisti əməliyyat olunub

Azərbaycanın xalq artisti əməliyyat olunub Hazırda evdə olan aktrisanın vəziyyəti yaxşıdır
İncəsənət
16 İyul , 2016 14:56
Azərbaycanın xalq artisti əməliyyat olunub

Bakı. 16 iyul. REPORT.AZ/ Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Bəsti Cəfərova cərrahiyyə əməliyyatı olunub.

Xalq artisti "Report"a açıqlamasında deyib ki, əməliyyat iyulun 15-də olub və artıq evə buraxılıb.  

B.Cəfərovanın öd kisəsini götürüblər: "Son illər ödümlə bağlı problemlər yaşayırdım, ağrılarım çoxalmışdı. Bu səbəbdən Mərkəzi Dənizçilər Xəstəxanasında əməliyyat olundum. Əməliyyatım uğurla başa çatdı. Bu gün artıq evə gəlmişəm. Özümü yaxşı hiss edirəm. Allahıma min dəfə şükürlər olsun". 

Xalq artisti bildirib ki, sənət dostları çətin anlarda onu tək qoymayıblar: "Sənət dostum, xalq artisti Cəfər Namiq Kamal və xanımı dünən yanımda oldular. Teatrımızın direktoru Azərpaşa Nemət də zəng etdi, maraqlandı. Hər kəsə təşəkkür edirəm".

Son xəbərlər

Orphus sistemi