Yuxarı
    Bağlamaq

    Azərbaycanın xalq artisti dünyasını dəyişib

    Mərhum aktrisa xalq artisti Rəfael Dadaşovun anasıdır

    Bakı. 30 iyul. REPORT.AZ/ Azərbaycanın xalq artisti, Naxçıvan Dövlət Dram Teatrının aktrisası Sofiya Hüseynova 89 yaşında dünyasını dəyişib.

    Bu barədə "Report"a aktrisanın oğlu xalq artisti Rəfael Dadaşov məlumat verib.

    R.Dadaşov hazırda Naxçıvana getmək üçün yola çıxdığını bildirib.

    Xatırladaq ki, Sofiya Hüseynova 1926-cı ildə Bakıda doğulub. Atası Həsən hərbçi olub və göndərişlə Naxçıvana işləməyə gəlib. Anası Xədicə Qazıyeva Naxçıvanın ilk aktrisası olub. Sofiya Hüseynova orta məktəbi Naxçıvanda bitirib. Hələ məktəbliykən uşaq rollarında səhnəyə çıxıb. Anasının tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub. 1945-ci ildə qısa müddət Zaqatala DDT-də işlədikdən sonra yenə Naxçıvana qayıdıb.

    Naxçıvan Teatrının səhnəsində əsas qadın obrazlarını ifa edib. İki oğlu xalq artistidir.

    Allah rəhmət eləsin!

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi