Yuxarı

Azərbaycanın teatr xadimləri Minskdə keçiriləcək forumda iştirak edəcəklər

Forum noyabrda olacaq

Bakı. 11 iyun. REPORT.AZ/ Noyabrda Belarusun paytaxtı Minsk şəhərində "Gənclərin ikinci Beynəlxalq Teatr Forumu" keçiriləcək.

Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, əməkdar incəsənət xadimi Azərpaşa Nemət "Report"a açıqlamasında deyib ki, tədbirdə Azərbaycanın bir qrup teatr xadimi iştirak edəcək.

Minskə getmək üçün təşkilati məsələlərin həllinə başladıqlarını bildirən A.Nemət forumun yüksək səviyyədə keçiriləcəyini bildirib:

Onun sözlərinə görə, "Gənclərin ikinci Beynəlxalq Teatr Forumu" Belarusun Mədəniyyət və İdman Nazirlikləri ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və hər iki ölkənin Teatr Xadimləri İttifaqlarının birgə təşəbbüsü ilə keçiriləcək: "Çox böyük tədbirdir. Forumda iştirak etmək üçün 300-dən çox qonaq Minskə toplaşacaq. Azərbaycanı 30 nəfərlik nümayəndə heyətinin təmsil edəcəyi gözlənilir. Forumda Azərbaycanı Akademik Milli Dram Teatrı "Kitabi Dədə-Qorqud" boyu əsasında hazırlanan "İlahi oyun" tamaşası ilə təmsil edəcək".

Qeyd edək ki, Çexov festivalı çərçivəsində keçiriləcək "Gənclərin ikinci Beynəlxalq Teatr Forumu"nda dünyanın 14 ölkəsindən gəlmiş nümayəndə heyəti iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi