"Azərbaycanın tarixi qəhrəmanları gənclərin gözü ilə" sərgisinin təqdimat mərasimi keçirilib - FOTO

"Azərbaycanın tarixi qəhrəmanları gənclərin gözü ilə" sərgisinin təqdimat mərasimi keçirilib - FOTO Bakı. 20 dekabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun yeni layihəsi olan Daş salnamə muzeyində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın tarixi qəhrəmanları gənclərin gözü ilə adlı sərginin təqdimat mərasimi keçirilib.
İncəsənət
20 Dekabr , 2017 18:36
Azərbaycanın tarixi qəhrəmanları gənclərin gözü ilə sərgisinin təqdimat mərasimi keçirilib - FOTO
Report

Bakı. 20 dekabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun yeni layihəsi olan "Daş salnamə" muzeyində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanın tarixi qəhrəmanları gənclərin gözü ilə" adlı sərginin təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və digər rəsmilər iştirak edib.

Qeyd olunub ki, sərginin keçilməsində məqsəd gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların yaradıcılıq potensiallarını dəstəkləmək, gəncləri müvafiq istiqamətdə maarifləndirmək, xalqın hərb tarixini gənclərə əyani olaraq çatdırmaqdır.

Qeyd edək ki, sərgi qeyri-professionallar arasında keçirilir. Sərgidə 14-29 yaşlı Azərbaycan vətəndaşlarının dəzgah rəngkarlığı, xəttatlıq, keramika, qrafika və digər üslublar üzrə tarixi mövzuda çəkdikləri işlər nümayiş etdirilib.

Daha sonra rəsmilər sərgi ilə tanış olublar. 

Dekabrın 24-nə kimi davam edəcək sərgidə 20-yə yaxın tarixi şəxsiyyətin maketləri nümayiş etdiriləcək.

Son xəbərlər

Orphus sistemi