Azərbaycanın tanınmış şairəsi vəfat edib

Azərbaycanın tanınmış şairəsi vəfat edib Vida mərasimi mərhumun Bilgəhdəki bağ evində olacaq
İncəsənət
22 İyun , 2015 12:37
Azərbaycanın tanınmış şairəsi vəfat edib

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şairə Zivər Ağayeva vəfat edib.

Bu barədə "Report"a AYB-nin mətbuat katibi Xəyal Rza məlumat verib.

Uzun müddətdir xəstəlikdən əziyyət çəkən Z.Ağayeva bu gün səhər saatlarında dünyasını dəyişib. Vida mərasimi şairənin Bilgəhdəki bağ evində olacaq.

Xatırladaq ki, Zivər Ağayeva 1934-cü ildə Hacıqabul rayonunun Qarasu kəndində anadan olub. Bakı Tibb Texnikumunu və ADPU-nun dil və ədəbiyyat fakültəsini bitirib. "Azərbaycan qadını" jurnalında işləyib.

Azərbaycanın bır çox tanınmış müğənniləri Zivər Ağayevanın sözlərinə yazılan mahnılar oxuyublar.  

Son xəbərlər

Orphus sistemi