Azərbaycanın tanınmış caz ustaları Braziliyada konsert verib

Azərbaycanın tanınmış caz ustaları Braziliyada konsert verib Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycanın tanınmış caz ustaları İsfar Sarabski&trio və Şəhriyar İmanov Braziliyanın San-Paulo ştatında və Rio-de-Janeyro şəhərində konsert proqramları ilə çıxış ediblər.
İncəsənət
27 Avqust , 2018 18:35
Azərbaycanın tanınmış caz ustaları Braziliyada konsert verib

Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycanın tanınmış caz ustaları İsfar Sarabski&trio və Şəhriyar İmanov Braziliyanın San-Paulo ştatında və Rio-de-Janeyro şəhərində konsert proqramları ilə çıxış ediblər.

Azərbaycanın Braziliyadakı səfirliyindən "Report"a verilən məlumata görə, konsert proqramları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilib. 

Caz ifaçıları San Paulo şəhərinin tanınmış Vila Mariana teatrında yerli caz və musiqi həvəskarlarına ustad dərsləri keçərək iştirakçıları milli musiqi, onun müasir caz ilə simbiozu – caz muğam, milli musiqi alətlərimiz, xüsusən də tar və onların istifadə qaydaları ilə tanış ediblər. Həmçinin Azərbaycan musiqi mədəniyyətinin dərin tarixi kökləri, onun dünya mədəniyyətinə təsiri və verdiyi töhfə barədə tədbir iştirakçılarına məlumat verilib. Caz ifaçıları yerli musiqiçilərlə birgə bir neçə musiqi parçaları ifa ediblər.

San Paulo şəhərinin ən iri zallarından olan PompeiTetatroda yerli auditoriya üçün açılış konserti keçirilib. Konserti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan əsərlər səslənib. Konsertə San Paulo şəhərində yerləşən diplomatik korpusun və şəhər meriyasının nümayəndələri, həmçinin yerli caz həvəskarları qatılıblar. Tədbir yerli televiziya tərəfindən lentə alınıb və mətbuatda geniş işıqlandırılıb.

Növbəti konsertlər Kampinas və Buruqui şəhərlərində yerli auditoriya qarşısında keçirilib. Azərbaycanın caz ustadları Prelude (İ.Sarabski), Limping Stranger (İ.Sarabski), Swan Lake (Chaykovski), BeWitched (R.Rogers), Planet (İ.Sarabski), Cryingwaterfal (Ş.İmanov), The Edge (İ.Sarabski), Novruz (İ.Sarabski), G-Man (İ.Sarabski) əsərləri ilə konsert iştirakçılarını sevindiriblər. Sonuncu konsert isə Rio-de-Janeyro şəhərinin məşhur BlueNote konsert zalında keçiriləcək.   

Son xəbərlər

Orphus sistemi