Azərbaycanın rəqs qrupu beynəlxalq festivalda iştirak edir

Azərbaycanın rəqs qrupu beynəlxalq festivalda iştirak edir “Təbəssüm” qrupunun ifa etdiyi “Bayram” və “Basqalı” rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb
İncəsənət
1 Aprel , 2017 21:11
Azərbaycanın rəqs qrupu beynəlxalq festivalda iştirak edir

Tbilisi. 1 aprel. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə tanınmış rəqqas və baletmeystr Vaxtanq Çabukiani adına IV beynəlxalq xoreoqrafiya festivalı başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, festivalda Azərbaycanı Respublikası Uşaq Yaradıcılıq Mərkəzinin “Təbəssüm” rəqs qrupu təmsil edir.

Festivalda 9-13, 14-18 və 19-25 yaş qruplarında rəqqaslar mübarizə aparırlar.

“Təbəssüm” qrupunun ifa etdiyi “Bayram” və “Basqalı” rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Yaradıcılıq mərkəzinin müdiri Əminə Musayeva “Report”a müsahibəsində deyib: “Uşaqlarımız bu festivala ciddi hazırlaşıblar. Beynəlxalq münsiflər heyəti azərbaycanlı uşaqların ifalarını çox bəyəndilər. İnanıram ki, festivaldan mükafatsız ayrılmayacağıq”.

Onun sözlərinə görə, “Təbəssüm” qrupu aprelin 13-də Türkiyədə keçiriləcək “TRT 23 nissan cocuq bayramı”ına da dəvət alıb.

“Təbəssüm” rəqs qrupunun üzvləri aprelin 1-də Tbilisidəki Azərbaycanlı Məktəbli Gənclər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Ceyran” rəqs ansamblının üzvləri ilə də görüşüblər. Uşaqlar birgə məşq edib, mūxtəlif rəqsləri ifa ediblər.

Son xəbərlər

Orphus sistemi