Azərbaycanın rəqs ansamblı Türkiyədə Turizm Festivalında çıxış edib

Azərbaycanın rəqs ansamblı Türkiyədə Turizm Festivalında çıxış edib Festival Kütahya şəhərində keçirilib
İncəsənət
27 Avqust , 2015 10:03
Azərbaycanın rəqs ansamblı Türkiyədə Turizm Festivalında çıxış edib

Bakı. 27 avqust. REPORT.AZ/ Türkiyənin Kütahya şəhərində "Çini, Termal, Kültür-Sanat və Turizm Festivalı" keçirilib.

"Report" xəbər verir ki, festivalda Azərbaycanı təmsil edən rəqs ansamblı çıxış edib.

Festival Kütahya Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutub.

22 nəfərdən ibarət rəqs ansamblının üzvləri təqdim etdikləri proqramı "Qardaşlıq gecəsi" adlandırıblar. 1 saat müddətində davam edən konsertin sonunda Azərbaycan rəqs ansamblı Türkiyə bayrağını səhnəyə gətirərək, türk tamaşaçıları ilə vidalaşıblar.

Azərbaycan sənətçilərinin bu davranışı türk tamaşaçılarının alqışlarına səbəb olub. 

Son xəbərlər

Orphus sistemi