Azərbaycanın premium kinoteatrı “28 Cinema”nın adı dəyişdirilib

Azərbaycanın premium kinoteatrı “28 Cinema”nın adı dəyişdirilib Kinoteatrın loqosu, əməkdaşların forması da tam dəyişdirilib
İncəsənət
18 Dekabr , 2015 15:30
Azərbaycanın premium kinoteatrı “28 Cinema”nın adı dəyişdirilib

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı “28 Cinema”nın adı dəyişdirilib. “Report” xəbər verir ki, bundan sonra kinoteatr “CinemaPlus” adlandırılacaq.

Belə ki, rebrendinq layihəsi yalniz kinoteatrın adının dəyişdirilməsi ilə kifayətlənmir. Belə ki, layihə çərçivəsində kinoteatrın loqosu, əməkdaşların forması tam dəyişdirilib, həmçinin daxili interyerlərin dizaynları təkmilləşdirilib və çap məhsullarında da dəyişikliklər edilib.

Divarların orijinal işıqlandırılması qonaqların diqqətini cəlb edərək onların zövqünü oxşayır. Xüsusi seçilmiş rənglər tamaşaçıların əhval-ruhiyyəsini yüksəltməklə yanaşı, xoş atmosfer yaradır. Vahid yeni üsluba keçid inkişafda mühüm mərhələdir.

“Mən” korporativ brendinq” şirkəti kinoteatrın korporativ dəyişikliyində fəal iştirak edib.

Bundan əlavə qeyd olunur ki, kinoteatr yeri reklam daşıyıcılarının tətbiqinə başlayıb. Bunun nəticəsində bütün yerli şirkətlər daha effektiv reklam vasitələrindən istifadə edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi