Yuxarı

​Azərbaycanın özəl teatrının yeni - "Tıq-tıq xanım" tamaşasının premyerası olub - FOTO

Tamaşa təkcə uşaqlar deyil, valideynlər tərəfindən də rəğbətlə qarşılanıb

Bakı. 31 may. REPORT.AZ/ Rəşid Behbudov adına Mahnı Tatrında Azərbaycanın özəl teatrı "Moy teatr"ın ("Mənim teatrım") yeni - "Tıq-tıq xanım" tamaşasının premyerası olub. “Report”un məlumatına görə, tamaşa şair, yazıçı, dramaturq Abdulla Şaiqin eyniadlı mənzum nağılı əsasında, fərqli biçimdə ərsəyə gəlib.

Tamaşaya teatrın bədii rəhbəri, əməkdar artist Vidadi Həsənov quruluş verilib. Gənc aktyorlar - Günay Əhməd, Amid Qasımov, Oqtay Mehdiyev, Vüqar Hacıyev, Ziya Ağa və Elgün Həmidovun oynadığı tamaşada milli və dünya musiqisi nümunələrindən istifadə edilib.

Tamaşa təkcə uşaqlar deyil, valideynlər tərəfindən də rəğbətlə qarşılanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi