Yuxarı

Azərbaycanın məşhur rejissorunun vəziyyəti ağır olaraq qalır

Həyat yoldaşı: Ona qarşı biganəliyi görüb təəssüf edirəm

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanın xalq artisti, tanınmış kinorejissor və kinodramaturq, əməkdar incəsənət xadimi Tofiq İsmayılovun vəziyyəti ağırdır. Kinorejissorun səhhətində yaxşılığa doğru heç bir irəliləyiş yoxdur.

Bu barədə "Report"a Tofiq İsmayılovun həyat yoldaşı Səidə İsmayılova bildirib.

"Tofiq 12 gün reanimasiyada qaldı. Hazırda intensiv terapiya şöbəsinə köçürülüb. Amma vəziyyəti ağırdır. Qaraciyərində olan xəstəlik onun vəziyyətini günü-gündən pisləşdirir. Bilirsiz, mənə təsir edən odur ki, Tofiqin vəziyyəti ilə heç kim maraqlanmır. Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik. Bir xəbər yoxdur. Elə bil Azərbaycan mədəniyyətində, Azərbaycan kinosunda belə bir adam olmayıb. Tofiq ömrünün 55 ilini Azərbaycan mədəniyyətinə, kinosuna həsr edib. Uzun illər Türkiyədə çalışıb. Türkiyədə olanda da Azərbaycanın adını yüksəkdə saxlayıb. İndi ona qarşı belə biganəliyi görüb, təəssüf edirəm", - S.İsmayılova əlavə edib.

Qeyd edək ki, Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakı şəhərində anadan olub. 1962-68-ci illərdə M.A.Əliyev adına Teatr İnstitutunun aktyorluq fakültəsində sonra rejissorluq fakültəsində təhsilini davam etdirib. Moskvada kinorejissor və kinossenaristlərin ikillik ali kurslarında təhsil alıb. "Azərbaycanfllm" kinostudiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində çalışıb.

1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor olaraq çalışıb. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub.

"Sənətkarlığımızın portreti" bədii-sənədli filmləri silsiləsindən Tofiq QuliyevƏminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə, Müslüm Maqomayev haqqında filmlər çəkib.

“"Gilas ağacı”, , "Sürəyya", “Bizim küçənin oğlanları”, "Oxuyur Müslüm Maqomayev" , "Yay gününün xəzan yarpaqları", "İntizar", “Çarvadarların izi ilə”, “Musiqi müəllimi” , "Mən mahnı qoşuram" və s. filmlərin müəllifidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi