Azərbaycanın tanınmış rejissoru vəfat edib

Azərbaycanın tanınmış rejissoru vəfat edib Fikrət Əliyev uzun sürən ağır xəstəlikdən bu gün səhər dünyasını dəyişib
İncəsənət
8 Mart , 2016 09:43
Azərbaycanın tanınmış rejissoru vəfat edib

Bakı. 8 mart. REPORT.AZ/ Rejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyev vəfat edib.

“Report” xəbər verir ki, o, uzun sürən ağır xəstəlikdən bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, rejissor bu gün günorta saatlarında Əmircan qəbirsanlığında, oğlu R.Əliyevin yanında dəfn olunacaq.

Xatırladaq ki, F.Əliyevin itkin düşən 43 yaşlı oğlu, İTV-nin əməkdaşı olan Rəşad Əliyevin fevralın 27-də dənizdən meyiti tapılıb.

F.Əliyev 12 dekabr 1939-cu ildə Bakıda anadan olub. 1966-cı ildə M.A.Əliyev adına ADİİ-nin aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nin iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib.

O, "Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” və s. filmlərin rejissoru olub.

Son xəbərlər

Orphus sistemi