​Azərbaycanın məşhur aliminin əsərlərinin orijinalları Tarix Muzeyinə təhvil verilib

​Azərbaycanın məşhur aliminin əsərlərinin orijinalları Tarix Muzeyinə təhvil verilib Tarixçilərin fikrincə, Nəvvab orta əsrlərə aid Azərbaycan silahlarından ibarət kolleksiya toplayırmış
İncəsənət
22 Sentyabr , 2015 15:11
​Azərbaycanın məşhur aliminin əsərlərinin orijinalları Tarix Muzeyinə təhvil verilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında Azərbaycanın görkəmli şair, rəssam, xəttat və musiqişünas alim Mir Möhsün Nəvvaba (1833-1918) aid materiallar yerləşdirilib. Bu barədə “Report”a muzeyin mətbuat xidmətindən məlumat verilib.

Mir Möhsün Nəvvaba aid materiallar daimi ekspozisiyanın “XIX əsrdə Azərbaycanda elm, təhsil və mədəniyyət” zalında ayrıca vitrində yerləşdirilib. Burada həm mətn, həm də rəsmlərinin müəllifi M.M.Nəvvab olan “Kitabi divani farisi” əsərinin, eləcə də “Kəşfül-həqiqəti-məsnəvi” əsərinin orijinalları qoyulub. Musiqi nəzəriyyəsinə həsr edilən “Kəşfül-həqiqəti-məsnəvi” əsəri Mir Möhsün Nəvvabın ən tanınmış əsərlərindəndir. O, bu əsərin həm mətninin, həm də rəsmlərinin müəllifidir. Vitrində həmçinin M.Nəvvabın çəkdiyi rəsmlərin surətləri nümayiş olunur.

Tarixçilərin fikrincə, Nəvvab orta əsrlərə aid Azərbaycan silahlarından ibarət kolleksiya toplayırmış. Onun kolleksiyasından bir neçə silah hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur. Daimi ekspozisiyada kolleksiyanın incilərindən olan XVI-XVII əsrlərə aid dəbilqə nümayiş olunur.

Vitrində M.M.Nəvvabın XIX əsrin 70-ci illərinə aid fotoşəkli və Şuşadakı qəbrinin fotosu yerləşdirilib. Xatırladaq ki, Nəvvabın qəbri üzərində abidə 1957-ci ildə qoyulub (heykəltəraş Tokay Məmmədov). 1992-ci ildə şəhər Ermənistan silahlı qüvvələri işğaldan sonra abidə dağıdıblar.

Son xəbərlər

Orphus sistemi