“Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində ustad dərsləri keçiriləcək

“Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində ustad dərsləri keçiriləcək Dərslər Azərbaycan Xalça Muzeyinin xalçaçı–rəssamı, Rəssamlar İttifaqının üzvü Tariyer Bəşirov tərəfindən keçiriləcək
İncəsənət
8 Fevral , 2017 20:05
“Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində ustad dərsləri keçiriləcək

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyində fevralın 11–12-də saat 12:00-da “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində naxışlı çətən toxuma texnologiyası üzrə mühazirə və ustad dərsləri keçiriləcək.

Muzeydən "Report"a verilən xəbərə görə, naxışlı çətənlər döşəməyə salınır, alaçıqdakı divarların bəzədilməsində, arakəsmə və pərdə kimi istifadə olunur. Dərslər Azərbaycan Xalça Muzeyinin xalçaçı–rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Tariyer Bəşirov tərəfindən keçiriləcək. Tariyer Bəşirov 33 ildir, xalçaçı–rəssam kimi fəaliyyət göstərir və bir sıra portret, tematik xalça və çətənlərin müəllifidir.

Ustad dərslərinin keçirilməsində məqsəd unudulmaqda olan texnologiyaları bərpa etmək, gənc nəsli maarifləndirmək və bu texnologiyaların nəsildən–nəsilə ötürülməsinə şərait yaratmaqdır.

Xatırladaq ki,  çətən eyni diametrli qamış və ya ağac çubuqlarından hazırlanır. 

Son xəbərlər

Orphus sistemi