Azərbaycanın iki xalq artisti birgə konsert verəcək

Azərbaycanın iki xalq artisti birgə konsert verəcək Fərhad Bədəlbəyli və Murad Adgözəlzadəni Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək
İncəsənət
2 Dekabr , 2017 17:10
Azərbaycanın iki xalq artisti birgə konsert verəcək

Bakı. 2 dekabr. REPORT.AZ/ Dekabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adgözəlzadə konsert proqramı ilə çıxış edəcəklər.

"Report" xəbər verir ki, konsertdə solistləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Gənc dirijor Fuad İbrahimovun bədii rəhbərliyi ilə reallaşacaq konsertdə dünya və Azərbaycan bəstəkarlarının əsrləri səslənəcək.

Son xəbərlər

Orphus sistemi