Azərbaycanın görkəmli kino xadiminin yubileyidir

Azərbaycanın görkəmli kino xadiminin yubileyidir Aydın Kazımzadə 75 yaşını qeyd edir
İncəsənət
15 Yanvar , 2015 10:11
Azərbaycanın görkəmli kino xadiminin yubileyidir

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycanın əməkdar incəsənət xadimi, əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, kinoşünas Aydın Kazımzadənin yubileyidir.

"Report"un xəbərinə görə, A.Kazımzadənin 75 yaşı tamam olur.

Azərbaycanda kino mətbuatının yaradıcısı olan Aydın Kazımzadə uzun illər "Kino" qəzetinin və "Film" jurnalının baş redaktoru, Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsi Məlumat-reklam bürosunun direktoru, AzTV-də dublyaj şöbəsinin müdiri, "Azərkinovideo" İB-də reklam şöbəsinin müdiri, Azərbaycan Kino Ensiklopediyasının baş redaktor müavini, icraçı direktoru, Dövlət Film fondunun direktor müavini və baş mütəxəssisi vəzifələrində çalışıb.

İndiyə qədər kinoya aid 200-dən artıq elmi və publisistik məqaləsi dövri mətbuatda çap olunub. Yerli televiziya kanallarında "Kino tariximizdən" və "Kinoman" verilişlərinin aparıcısı olub. Hazırda "Mədəniyyət" kanalında "Kinosalnamə" verilişinin aparıcısı və ssenari müəllifidir.

Bu yaxınlarda Aydın Kazımzadənin Azərbaycan kino tarixinə aid yeni kitabı işıq üzü görəcək. 

Son xəbərlər

Orphus sistemi