Azərbaycanın görkəmli aktyorunun 105 yaşı tamam olur

Azərbaycanın görkəmli aktyorunun 105 yaşı tamam olur Görkəmli aktyorun 105 yaşı tamam olur
İncəsənət
26 Mart , 2015 10:11
Azərbaycanın görkəmli aktyorunun 105 yaşı tamam olur

Bakı. 26 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, SSRİ xalq artisti, Azərbaycan səhnəsinin Vaqifi, Otellosu olmuş qüdrətli sənətkar Ələsgər Ələkbərovun doğum günüdür.

"Report" xəbər verir ki, sənətkarın 105 yaşı tamam olur.

Ələsgər Ələkbərov 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyinə getməyə başlayıb. 1927-1930- cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb.

Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanovailə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma bir müddət sonra onların ailəsi dağılıb.

Ələsgər Ələkbərov 1933-cü ildən Akademik Milli Dram Teatrında işləməyə başlayıb. Teatrda Maktuf ("Maqbet"), şah Zeyir ("Şahnamə"), Aydın ("Aydın"), Heydərbəy ("1905-ci ildə"), Fərhad ("Fərhad və Şirin") və s. onlarla rol oynayıb. Yaratdığı iki obraz - Vaqif ("Vaqif") və Otello ("Otello") yaradıcılığının zirvəsi hesab olunur.

Ə.Ələkbərov bir sıra filmlərdə rol alıb. Dovjenko adına Kiyev kinostudiyasında çəkilən "Varislər" filmində don Aqilla rolunu uğurla oynayıb.

Azərbaycan kinosunda Rüstəm kişi ("Böyük dayaq"), Fətəli xan ("Fətəli xan") kimi yaddaqalan rollarda oynayıb."Lətif","Almaz","Kəndlilər","Leyli və Məcnun","Uzaq sahillərdə"filmlərində rollar alıb.

1961-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.

Ələsgər Ələkbərov 1963-cü il yanvarın 31-də 52 yaşında vəfat edib. 

Son xəbərlər

Orphus sistemi