Azərbaycanın gənc musiqiçiləri Beşinci Uşaq Musiqi Akademiyasında iştirak edirlər

Azərbaycanın gənc musiqiçiləri Beşinci Uşaq Musiqi Akademiyasında iştirak edirlər Tədbir iyunun 8-dək davam edəcək
İncəsənət
3 İyun , 2015 10:03
Azərbaycanın gənc musiqiçiləri Beşinci Uşaq Musiqi Akademiyasında iştirak edirlər

Bakı. 3 iyun. REPORT.AZ/ İyunun 1-dən 8-dək Rusiya Federasiyasının Samara vilayətində keçirilən MDB və Baltikyanı ölkələrin Beşinci Uşaq Musiqi Akademiyasında Azərbaycanın istedadlı gənc musiqiçiləri də iştirak edir.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

SSRİ xalq artisti Yuri Başmetin himayəsi altında keçirilən tədbirdə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Zərrin Əliyeva (violin) və Orxan Hüseynov (violonçel), Bakı şəhər L.və M.Rostropoviçlər adına 21 saylı Onbirillik Musiqi Məktəbinin şagirdi Xəyalə Cavadvend (fleyta) Azərbaycanı təmsil edirlər.

Tədbir müddətində görkəmli musiqiçilərlə görüşlər və ustad dərslərinin keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi