Bakı. 3 iyun. REPORT.AZ/ İyunun 1-dən 8-dək Rusiya Federasiyasının Samara vilayətində keçirilən MDB və Baltikyanı ölkələrin Beşinci Uşaq Musiqi Akademiyasında Azərbaycanın istedadlı gənc musiqiçiləri də iştirak edir.
"Report" xəbər verir ki, bu barədə məlumatı
SSRİ xalq artisti Yuri Başmetin himayəsi altında keçirilən tədbirdə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Zərrin Əliyeva (violin) və Orxan Hüseynov (violonçel), Bakı şəhər L.və M.Rostropoviçlər adına 21 saylı Onbirillik Musiqi Məktəbinin şagirdi Xəyalə Cavadvend (fleyta) Azərbaycanı təmsil edirlər.
Tədbir müddətində görkəmli musiqiçilərlə görüşlər və ustad dərslərinin keçirilməsi planlaşdırılır.