Yuxarı

Azərbaycanın əməkdar rəssamı dövlət qurumunu məhkəməyə verib - FOTO

“Emalatxanamın özəlləşdirilməsinə icazə verilmir”

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycanın əməkdar rəssamı, Rəssamlar və Teatr Xadimləri ittifaqlarının üzvü, "Yeni Era" Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Eldar Qurban (Qurbanov) Əmlak Məsələləri Dövlət Komitəsini məhkəməyə verib.

"Report"un məlumatına görə, E.Qurban Ağa Nemətulla küçəsi 123, mənzil 122a ünvanında yeləşən emalatxana üçün mülkiyyət hüququnun tanınmasını tələb edir.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

E.Qurban "Report"a açıqlamasında yaşadığı və çalışdığı məkanın - emalatxananın özəlləşdirilməsinə icazə verilmədiyini bildirib: "Əslində, bu emalatxana Əmlak Komitəsinin balansındadır. Məhkəmənin çıxardığı şifahi qərarda isə deyilir ki, bura Əmlak Komitəsinin balansında deyil. Amma mən neçə illərdir, Əmlak Komitəsinə pul ödəyirəm. Pulun vaxtı bir ay gecikəndə tez zəng edirlər ki, "pulunuzu ödəyin". Bəs necə olur? Axı mən pulu Əmlak Komitəsinə ödəyirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi