Azərbaycanın əməkdar kino işçisi vəfat edib

Azərbaycanın əməkdar kino işçisi vəfat edib "Azərbaycanfilm" Kinostudiyasının əməkdaşı bu gün torpağa tapşırılacaq
İncəsənət
27 Oktyabr , 2015 12:04
Azərbaycanın əməkdar kino işçisi vəfat edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Əməkdar kino işçisi, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının keçmiş laboratoriya müdiri Faiq Əliyev dünyasını dəyişib.

Bu barədə "Report"a kinostudiyanın əməkdaşı, rəssam Şahin Həsənli məlumat verib.

Qeyd edək ki, Faiq Əliyev 1944-cü ildə Bakı şəhərində anadan olub. Uzun illər "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Kinostudiyada fəaliyyət göstərən "Aşkarfilm" studiyasının rəhbəri olub. Kinostudiyanın filmləri aşkarlaması prosesində ən yaxşı mütəxəssis hesab edilib.

Mərhum kino işçisi bu gün saat 14.00-da "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi