Azərbaycanın əməkdar artisti vəzifə təyinatı alıb

Azərbaycanın əməkdar artisti vəzifə təyinatı alıb Azad Şükürov uzun illər Bakı Bələdiyyə Teatrının aktyoru olub
İncəsənət
6 Mart , 2015 11:22
Azərbaycanın əməkdar artisti vəzifə təyinatı alıb

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti Azad Şükürov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Səhnə danışığı" kafedrasının müdiri vəzifəsinə seçilib.

Bu barədə "Report"a o, özü məlumat verib.

Əməkdar artist bu vəzifəyə yenidən təyin olunduğunu deyib.

"Mən 2001-2006 cı illərdə "Səhnə danışığı" kafedrasına rəhbərlik etmişdim. ADMİU-nun rektoru Fərəh Əliyevanın əmri ilə yenidən bu kafedraya rəhbər təyin edildim".

Qeyd edək ki, Azad Şükürov uzun illər Bakı Bələdiyyə Teatrının aktyoru olub.

Xatırladaq ki, indiyədək ADMİU-nun "Səhnə danışığı" kafedrasına Fərhundə Atakişiyeva rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi