Azərbaycanın əməkdar artisti Türkiyədə mükafata layiq görülüb

Azərbaycanın əməkdar artisti Türkiyədə mükafata layiq görülüb Nofəl Vəliyev "Ən yaxşı rejissor" nominasiyasında qalib olub
İncəsənət
19 Noyabr , 2015 11:30
Azərbaycanın əməkdar artisti Türkiyədə mükafata layiq görülüb

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti Nofəl Vəliyev Türkiyənin nüfuzlu "XV Direklerarası Seyirci Ödülləri" mükafatına layiq görülüb. 

"Report" xəbər verir ki, Nofəl Vəliyevə "Ən yaxşı rejissor" mükafatı təqdim edilib.

O, Pərvin Ünalpın “Gec qalanlar” əsəri əsasında hazırladığı tamaşaya görə, mükafata layiq görülüb.

Xatırladaq ki, səhnə əsərinin işıq üzrə rəssamı Vadim Kuskov, musiqi tərtibatçısı İhsan Kılavuz, rejissor assistenti Ruteba Tatlıdır.

Tamaşada rolları teatrın aktyorları Hasibe Özgür, Hüseyn Ataf, Sencan Köymen, Sərfinaz Özgür ifa edib.

Son xəbərlər

Orphus sistemi