Yuxarı
    Bağlamaq

    Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb

    TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısı başa çatıb

    Bakı. 28 noyabr. REPORT.AZ/ Noyabrın 26-27-də Türkmənistanın Marı şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısı başa çatıb.

    "Report" xəbər verir ki, toplantıda Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti uğurla təmsil edib.

    Toplantıya konsert proqramı ilə yekun vurulub. Tədbirdə türk incəsənət ustalarının ifaları dinlənilib və çıxışları nümayiş etdirilib.

    Konsertdə iştirak edən Azərbaycan muğam üçlüyünün çıxışı böyük maraqla qarşılanıb, alqışlara səbəb olub.

    Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb.

    Tədbirin sonunda Şəki şəhərinin 2016-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasını bildirən rəmzi nişan nümayəndə heyətinin rəhbəri Vaqif Əliyevə təqdim olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi