Yuxarı

Azərbaycanın "Arşın mal alan" filmi Hollivudda nümayiş olunacaq

Premyera sentyabrın 19-da baş tutacaq

Bakı. 21 avqust. REPORT.AZ/ Los-Ancelesdə Rza Təhmasibin 1945-ci ildə çəkdiyi Azərbaycanın məşhur "Arşın mal alan"  komediya filmi nümayiş olunacaq. 

"Report" Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna istinadən verdiyi xəbərə görə, filmin premyerası sentyabrın 19-da baş tutacaq.

Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin məşhur "Arşın mal alan" operettası bir neçə dəfə ekranlaşdırılıb. Onlardan baş rolda Rəşid Behbudovun iştirakı ilə 1945-ci ildə çəkilən və dünyanın 130 ölkəsində nümayiş olunan film ən məşhur hesab olunur.

2013-cü ildə ildə UNESCO çərçivəsində operettanın 100 illiyi qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi