Yuxarı

​"Azərbaycanfilm" kinostudiyasının dünya standartlarına uyğunlaşdırılması istiqamətində işlərə başlanıb

Kinostudiyanın da dünya standartlarına uyğunlaşdırılacağı gün uzaqda deyil

Bakı. 12 aprel. REPORT.AZ/ "Hazırda "Azərbaycanfilm" kinostudiyasının dünya standartlarına uyğunlaşdırılması istiqamətində işlərə başlanıb". "Report"un məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib.

Onun sözlərinə görə, bu məqsədlə müvafiq layihə hazırlanıb: "Layihənin hazırlanması işinə böyük əksəriyyəti fransalı mütəxəssislərdən ibarət qrup cəlb olunub".

Nazir müavini qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihənin hazırlanması istiqamətində işlər sürətlə davam edir: "Kinostudiyanın da dünya standartlarına uyğunlaşdırılacağı gün uzaqda deyil". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi