Yuxarı

"Azərbaycanfilm" kinostudiyasında yeni film çəkiləcək

Hazırda filmin rejissor ssenarisi üzərində iş gedir

Bakı. 6 oktyabr. REPORT.AZ/ Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yeni film çəkiləcək.

"Report" xəbər verir ki, filmin rejissoru Ülviyyə Könül, quruluşçu operatoru Nadir Mehdiyevdir. Hələlik şərti adı "Həddən artıq uyğunluq" olan film dövlət sifarişilə çəkiləcək. Hazırda filmin rejissor ssenarisi üzərində yaradıcılıq işi aparılır.

Xatırladaq ki, bu film əsasən klipmeyker kimi tanınan rejissor Ülviyyə Könülün kinoda ikinci böyük işi olacaq. Onun birinci filmi "Vəkil hanı?" adlanır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi