"Azərbaycanfilm" kinostudiyası iki yeni film çəkəcək

"Azərbaycanfilm" kinostudiyası iki yeni film çəkəcək Hazırda hər iki ekran əsəri üzərində iş gedir
İncəsənət
2 İyun , 2015 10:09
Azərbaycanfilm kinostudiyası iki yeni film çəkəcək

Bakı. 2 iyun. REPORT.AZ/ Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında iki yeni bədii filmin çəkilişlərinə hazırlıq gedir.

"Report" xəbər verir ki, ilk filmi rejissor Mirsadıq Ağazadə ekranlaşdıracaq.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkiləcək "Köşk" filminin ssenari müəllifləri İmir Məmmədli və Mirsadıq Ağazadədir.

"Azərbaycanfilm" kinostudiyasının sifarişi ilə çəkiləcək ikinci ekran əsəri qısametrajlı bədii film olacaq. Emin Mirabdullayevin çəkəcəyi "Postskriptum" adlanan filmin ssenari müəllifi Ramiz Fətəliyevdir. 

Hazırda "Azərbaycanfilm" kinostudiyasında hər iki film üzərində iş gedir. 

Son xəbərlər

Orphus sistemi