“Azərbaycanfilm”in direktoru rejissorlarla görüş keçirib

“Azərbaycanfilm”in direktoru rejissorlarla görüş keçirib Görüşdə Azərbaycan filmlərinin vəziyyəti müzakirə edilib
İncəsənət
7 Aprel , 2015 10:47
“Azərbaycanfilm”in direktoru rejissorlarla görüş keçirib

Bakı. 7 aprel. REPORT.AZ/ Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov rejissorlar Mirbala Səlimli, Elçin Musaoğlu, İlqar Nəcəf, Şamil Əliyev, İlqar Safat və Elxan Cəfərov ilə görüş keçirib.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Azərbaycanfilm” kinostudiyası yayıb.

Görüşdə “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan filmlərin 2014-cü ildə 52 film festivalında iştirak etməsi misalında beynəlxalq inteqrasiyasının uğurlu başlanğıcından ruhlanaraq dünya film fondları və aparıcı kino şirkətləri ilə daha sıx əməkdaşlıq əlaqələrinin yaradılması və Azərbaycan filmlərinin yerli tamaşaçılara tanıdılması, geniş auditoriyanın cəlb edilməsi yolları müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi