Yuxarı

"Azərbaycanfilm"in direktoru beynəlxalq mükafata layiq görülüb

Müşfiq Hətəmov bu mükafatı Nabat filminin prodüsseri kimi qazanıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov Hindistanda keçirilən 13-cü Pune Beynəlxalq Film Festivalında “Nabat” bədii filminə görə münsiflər heyətinin “Xüsusi vurğulama” mükafatını qazanıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanfilm" Kinostudiyası yayıb.

Müşfiq Hətəmov bu mükafatı "Nabat" filminin prodüsseri kimi qazanıb.

Film Hindistanda keçirilən festivalın əsas müsabiqə proqramında yer alıb.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında 2014-ci ildə istehsal olunan “Nabat” filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüsseri Arif Səfərov, prodüsseri Müşfiq Hətəmovdur. 

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi