Yuxarı

Azərbaycandakı teatrlardan birinə baş rejissor təyinatı olub

Bununla bağlı mədəniyyət və turizm naziri əmr imzalayıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan mədəniyyət və turizm nazirinin əmri ilə İradə Gözəlova Gəncə Dövlət Dram Teatrına baş rejissor təyin edilib. 

Bu barədə "Report"a rejissorun özü məlumat verib.

İ.Gözəlova bu günədək Gəncə Dövlət Teatrında bir sıra tamaşalar hazırlayıb. Onun quruluş verdiyi tamaşalar bir çox yerli və beynəlxalq festivallarda təmsil olub. İ.Gözəlova Azərbaycanın müxtəlif teatrlarında da tamaşalara quruluş verib.

Qeyd edək ki, Gəncə Teatrının keçmiş baş rejissoru Gümrah Ömər idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi