Azərbaycanda yeni teatr mövsümünün başlayacağı tarix açıqlanıb

Azərbaycanda yeni teatr mövsümünün başlayacağı tarix açıqlanıb Açılış Gəncədə olacaq
İncəsənət
14 İyul , 2015 11:10
Azərbaycanda yeni teatr mövsümünün başlayacağı tarix açıqlanıb

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycanda yeni teatr mövsümünün başlayacağı tarix açıqlanıb.

Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, 143-cü teatr mövsümünün açılışı sentyabrın 16-da Gəncədə keçiriləcək. 

Bu münasibətlə Azərbaycanda fəaliyyət göstərən bütün teatrların nümayəndələri Gəncədə keçiriləcək təntənəli açılış mərasimində iştirak edəcək.

Gəncə Dövlət Dram Teatrı və Gəncə Dövlət Kukla Teatrının da, yaxından iştirak edəcəyi mərasimdə dövlət və hökumət rəsmiləri, deputatlar, Azərbaycanın tanınmış sənət adamları iştirak edəcək.

Xatırladaq ki, son illər yeni teatr mövsümünün açılışı Azərbaycanın bölgələrində həyata keçirilir. 2014-cü ilin teatr mövsümü Şəkidə, I Şəki Beynəlxalq Teatr Festivalında olub. 

Son xəbərlər

Orphus sistemi