Azərbaycanda türk kinosu günləri çərçivəsində nümayiş olunacaq filmlərin siyahısı açıqlanıb

Azərbaycanda türk kinosu günləri çərçivəsində nümayiş olunacaq filmlərin siyahısı açıqlanıb Türk kinosu günləri 7-12 dekabr aralığında keçiriləcək
İncəsənət
7 Dekabr , 2015 15:24
Azərbaycanda türk kinosu günləri çərçivəsində nümayiş olunacaq filmlərin siyahısı açıqlanıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycanda türk kinosu günləri çərçivəsində nümayiş olunacaq filmlərin siyahısı açıqlanıb.

Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, türk kinosu günləri 7-12 dekabr aralığında keçiriləcək.

Tədbir çərçivəsində "Uzun Hikaye", "Bir Zamanlar", "Anadoluda", "The İmam", "Lal Gece", "120", "Selvi Boylum Al Yazmalım", "Mommo Kız Kardeşim", "Gelin", "Kırımlı" və "Tünel Belgeseli" kimi filmlər nümayiş olunacaq.

Türk kinosu günlərinin açılışına Türkiyənin sabiq mədəniyyət naziri Yalçın Topçu və Ordu şəhərindən Türkiyə parlamentinə deputat seçilən Metin Gündoğan da gələcək.

Son xəbərlər

Orphus sistemi