Azərbaycanda tanınmış kinorejissorun oğlu itkin düşüb - FOTO

Azərbaycanda tanınmış kinorejissorun oğlu itkin düşüb - FOTO Onu tapan şəxs mükafatlandırılacaq
İncəsənət
27 Yanvar , 2016 17:20
Azərbaycanda tanınmış kinorejissorun oğlu itkin düşüb - FOTO

Onu tapan şəxs mükafatlandırılacaq

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğlu Rəşad Əliyev 3 gündür itkin düşüb.

Bu barədə "Report"a rejissorun qızı Səadət Əliyeva məlumat verib.

Onun sözlərinə görə, qardaşı Rəşad Əliyev yanvarın 25-i səhər saat 08.35-də işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb: "Qardaşımın işlədiyi yerdən verilən məlumata görə o, heç işdə də olmayıb. Qardaşımı tapan, yaxud yerini deyən şəxs mükafatlandırılacaq".

Rəşad Əliyev 1973-cü il dekabrın 13-ə anadan olub. Evdən çıxanda əynində qara dəri gödəkçə, başında tünd boz yun kepka, əynində boz boğazlı qalın köynək, tünd göy rəngdə göy cins şalvar, gözündə optik eynək olub. R.Əliyev orta çəkilidir, boyu 175 sm-dir.

R.Əliyevi görənlər, yaxud onun yerini bilən şəxslərdən bu nömrələrlə əlaqə saxlamaları xahiş olunur.

(050) 263-36-22

(077) 540-62-82.

Son xəbərlər

Orphus sistemi