Yuxarı
    Bağlamaq

    Azərbaycanda son 10 ildə fəxri adlarla təltif olunan mədəniyyət işçilərinin sayı açıqlanıb

    Nazir: Prezident İlham Əliyev 10 il ərzində 800-dən çox mədəniyyət işçisini təltif edib, 30-dan çox əməkdaşımıza fəxri fərmanlar verib

    Bakı. 29 yanvar. REPORT.AZ/ "Prezident İlham Əliyev 10 il ərzində 800-dən çox mədəniyyət işçisini təltif edib, 30-dan çox əməkdaşımıza fəxri fərmanlar verib".

    "Report"un məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illik yubileyinə həsr olunan tədbirdə nazir Əbülfəs Qarayev deyib.

    Nazir bildirib ki, ötən 10 il ərzində dövlət başçısı mədəniyyət sahəsi ilə bağlı 500-dən çox sərəncam və fərman imzalayıb: "Azərbaycan mədəniyyəti hər zaman yüksəkdə olub. Bu il Azərbaycanda bir neçə nüfuzlu mədəniyyət tədbirləri, forumlar keçiriləcək".

    Ə.Qarayev qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin 10 illik yubileyi münasibətilə hazırlanan kitabın və YUNESKO-nun qeyri-maddi irs siyahısına salınan kəlağayının və tarın disk və fayl şəklində təqdimatı keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi