Yuxarı

“Azərbaycanda Rusiya filmləri həftəsi” keçiriləcək

“Azərbaycanda Rusiya filmləri həftəsi”

Sentyabrın 23-də Nizami Kino Mərkəzində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Rusiyanın “Kinofest” Prodüser Mərkəzi, Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Rusiya filmləri həftəsinin açılış mərasimi keçiriləcək .

"Report"un xəbərinə görə, açılış mərasimində Rusiya kinematoqrafiyasının simaları və “Kinofest” Prodüser Mərkəzinin nümayəndələri iştirak edəcək.

Açılış mərasiminin rəsmi hissəsindən sonra rejissor Anar Abbasov 2019-cu ildə çəkdiyi “Bitva” bədii filmini tamaşaçılara təqdim edəcək.

Sentyabrın 29-dək davam edən film həftəsi çərçivəsində Nizami Kino Mərkəzində sentyabrın 24-ü saat 20-00-da rejissor Kim Drujininin “Tanki”, 25-i saat 20-00-da Yevgeniy Bederevin “Domovoy” , sentyabrın 26-sı saat 20-00-da rejissor Mixail Rasxodnikovun “Doroqoy papa”, 27-si saat 14-00-da rejissor Yelena Xazanovanın “Lyubovnitsı”, sentyabrın 28-i saat 12-00-da Aleksey Kozlovun “Spasti Leninqrad” və 29-u saat 20-00-da rejissor Anna Parmasın “Davay razvedemsa” bədii filmləri şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.

Filmlər Nizami Kino Mərkəzinin böyük zalında nümayiş olunacaq.

YARAT Müasir İncəsənət Mərəzində sentyabrın 24-ü “Van Qoqi” filmi, 27-də “Voyna Annı”, 28-də “Veçnaya jizn Aleksandra Xristoforova” filmləri nümayiş olunacaq. Seanslar saat 19-00-da başlayır.

Filmlərə giriş sərbəstir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi