Azərbaycanda ilk dəfə Latın Amerikası Kino Festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə Latın Amerikası Kino Festivalı keçiriləcək Bakı. 6 aprel. REPORT.AZ/ Latın Amerikası mədəniyyətini və ənənələrini təşviq etmək üçün Argentina, Braziliya, Kolumbiya, Kosta Rika, Kuba, Peru və Meksikanın Azərbaycanda yerləşən diplomatik nümayəndəliklərinin birgə səyi əsasında Bakıda aprelin 16-dan 19-a kimi ilk Latın Amerikası Film Festivalı təşkil olunacaq.
İncəsənət
6 Aprel , 2018 22:46
Azərbaycanda ilk dəfə Latın Amerikası Kino Festivalı keçiriləcək

Bakı. 6 aprel. REPORT.AZ/ Latın Amerikası mədəniyyətini və ənənələrini təşviq etmək üçün Argentina, Braziliya, Kolumbiya, Kosta Rika, Kuba, Peru və Meksikanın Azərbaycanda yerləşən diplomatik nümayəndəliklərinin birgə səyi əsasında Bakıda aprelin 16-dan 19-a kimi ilk Latın Amerikası Film Festivalı təşkil olunacaq.

Meksikanın Azərbaycandakı Səfirliyindən "Report"a verilən məlumata görə, Azərbaycan Dillər Universitetinin, Landmark və Park Cinema Flame Towers otellərinin əməkdaşlığı ilə baş tutan festivalın ilk buraxılışında nümayiş olunacaq 7 film sayəsində Azərbaycan ictimaiyyəti həmin ölkələrin mədəniyyəti, həyat tərzi və adət-ənənələri ilə daha yaxından tanış olacaq.

"Latın Amerikasının yeni və köhnə adətlərinin uzunmüddətli qovuşması nəticəsində zəngin mədəni irsi var və bu onun həm mədəni və qastronomik rəngarəngliyində, həm də tarixi və linqvistik (əsasən ispan və portuqal dilləri istifadə olunur) zənginliyində öz əksini tapır.

Yuxarıda qeyd olunan ölkələrin Azərbaycandakı səfirlikləri tamaşaçıları ölkəmizdə keçirilən ilk Latın Amerika Kino Festivalından zövq almaq üçün, həmin ölkələrin mədəniyyəti ilə və tarixi ilə daha yaxından tanış olmaq üçün, həyatı yeddinci incəsənət vasitəsilə kəşf etməyə dəvət edir", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi