Azərbaycanda İnquşetiya Respublikasının Mədəniyyət Günləri başlayır

Azərbaycanda İnquşetiya Respublikasının Mədəniyyət Günləri başlayır Rəsmi açılış dekabrın 2-də olacaq
İncəsənət
1 Dekabr , 2014 12:15
Azərbaycanda İnquşetiya Respublikasının Mədəniyyət Günləri başlayır
Bakı.1 dekabr.REPORT.AZ/ Azərbaycanda ilk dəfə olaraq İnquşetiya Respublikasının Mədəniyyət Günləri keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tədbir dekabrın 2-dən etibarən başlayacaq və dekabrın 4-də başa çatacaq.

Tədbir çərçivəsində dekabrın 2-də saat 17.00-da "1969" Qalereyasında "İnquşetiya: tarix və müasirlik" adlı dekorativ-tətbiqi sənət sərgisinin nümayişi, saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət Günlərinin rəsmi açılışı olacaq. Mərasim konsertlə davam edəcək.

Dekabrın 3-də isə Mərdəkan Mədəniyyət Sarayında İnquşetiya incəsənət ustalarının iştirakı ilə konsertlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi