Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda er.əv. I minilliyə aid dəmir uşaq heykəli tapılıb

    Heykəl yerli sakinlər tərəfindən aşkar edilib

    Bakı. 27 fevral. REPORT.AZ/ Füzuli rayonunun Bala Bəhmənli kənd qəbiristanlığında antik dövrə aid dəmir uşaq heykəli tapılıb.

    "Report"un məlumatına görə, bu barədə AZƏRTAC-a Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov bildirib.

    Onun sözlərinə görə, hündürlüyü 10 santimetr, ağırlığı isə 400 qrama yaxın olan dəmir oğlan heykəli yerli sakinlər tərəfindən aşkarlanıb. Olduqca mükəmməl hazırlanmış heykəldə bədən əzələlərinin, barmaqların, saç və dodaqların, qaşların incəliklə işlənildiyi aydın seçilir.

    Əvvəlcə Füzuli Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilən heykəl, araşdırılmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) göndərilib. AMEA-nın alimləri dəmir heykəlin eramızdan əvvəl I minilliyə aid olduğunu müəyyənləşdiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi